Yeni Günəşlidə çoxmərtəbəli binanın olduğu ərazi çökür

   Yeni Günəşlidə çoxmərtəbəli binanın olduğu ərazi çökür
  09 Fevral 2024    Oxunub:1285
Son günlər Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 M ünvanda yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə müşahidə olunan mühəndis-geoloji vəziyyətlə əlaqədar vətəndaş müraciətlərinə (4 fərdi müraciət) əsasən, Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib, yaranmış vəziyyət qiymətləndirilib.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib. O qeyd edib ki, hazırda binanın yerləşdiyi ərazidə yer səthində müxtəlif istiqamətli dislokasiya elementləri müşahidə olunmaqdadır.

Geoloji kəsilişin üst hissəsində çökmə prosesləri və çat zonaları qeydə alınır. Relyefdə yaranan dəyişmələr süni şəkildə doldurulsa da, proseslərin dinamikasında artım müşahidə olunur. Ərazidə instrumental tədqiqatların aparılması və müvafiq bərkitmə işlərinin aparılması zəruridir.


AzVision.az


Teqlər:





Xəbər lenti