Cəlilabadda 14 yaşlı oğlan qızılcadan ölüb? - TƏBİB-dən açıqlama (YENİLƏNİB)

 Cəlilabadda 14 yaşlı oğlan qızılcadan ölüb? -  TƏBİB-dən açıqlama (YENİLƏNİB)
  09 Fevral 2024    Oxunub:1707
TƏBİB Cəlilabad rayonunda 14 yaşlı uşağın qızılcadan ölməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Qurumdan AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad rayon Alar kənd sakini 2010-cu il təvəlüdlü (cinsi kişi) şəxs 24.01.2024-cü il tarixində saat 22:15 radələrində dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub.

Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, xəstə 06.02.2024-cü il tarixində vəfat edib.

****
Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib.

AzVision.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib.

İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.

Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti