"Astarada qızılcadan ölən azyaşlı peyvənd olunmayıb" - TƏBİB

   "Astarada qızılcadan ölən azyaşlı peyvənd olunmayıb" -    TƏBİB
  09 Fevral 2024    Oxunub:824
Astara rayonu Maşxan kəndində qızılcaya yoluxub, vəfat edən 6 yaşlı Yusif Əliyev peyvənd olunmayıb.
Qızılcadan ölən uşağın anası: “Yeriyə bilmədi, ayaqları tutuldu” - Video
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlıya (kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müayinə və analizlərdən sonra qızılca diaqnozu qoyulub. Ona müvafiq tibbi xidmətlər göstərilib, profilaktik infuziya tətbiq edilib və xəstədə ağır əlamətlər müşahidə olunmadığından ambulator müalicə üçün evə buraxılıb.

08.02.2024-cü il tarixində xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb. Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub".

AzVision.az


Teqlər:   Qızılca  





Xəbər lenti