2023-cü ildə 25 erkən nikah halının qarşısı alınıb
B.Muradova qeyd edib ki, komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 32 min 399 nəfər yararlanıb. Eyni zamanda, 33 min 43 nəfərdən 3096 müraciət daxil olub və onlardan 1224-ü təmin edilib, digərləri isə aidiyyəti üzrə yönləndirilib. Həmçinin 2023-cü il ərzində erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb.
B.Muradova, həmçinin vurğulayıb ki, qurumun mövcud “Qadın Dəstək Xətti”nə 4079, “Uşaq Qaynar Xətti”nə 4453, Gender əsaslı zorakılıqla bağlı Dəstək xəttinə 302 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti hüquqi yardımla bağlı olub və hər biri təmin edilib.
AzVision.az
Teqlər: