"Putin tarixi sənədləri orijinaldan oxuyur" - Peskov

   "Putin tarixi sənədləri orijinaldan oxuyur" -    Peskov
  09 Fevral 2024    Oxunub:1095
Rusiya prezidenti Vladimir Putin tarixi sənədləri orijinal mənbədə öyrənməyə üstünlük verir.
AzVision.az xəbər verir ki, bunu onun mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

“Arxivlərimizdə çoxlu sayda sənədlər, o cümlədən təslim olan Almaniyadan gətirilən sənədlər var. Bilirsiniz ki, prezident tarixi sənədləri ilkin mənbədə hərtərəfli öyrənməyə üstünlük verir”, - Peskov qeyd edib.

Qeyd edək ki, Vladimir Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə ilkin olaraq Rusiya tarixi haqqında məlumat verib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti