"Ölkə üzrə 6300-dən çox cihazın qazla təminatı dayandırılıb"

   "Ölkə üzrə 6300-dən çox cihazın qazla təminatı dayandırılıb"
  09 Fevral 2024    Oxunub:1029
Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq yanvar ayından bugünədək 150 000-ə qədər evdə qaz cihazlarının texniki müayinələri aparılıb.
AzVision.az xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyasında deyib.
Şöbə rəisi texniki müayinələr zamanı tərtib edilən aktların əksəriyyətində nöqsanların aşkarlandığını qeyd edib:

"Bunlar da evlərdə qaz xətlərinin görünməyən yerlərdən çəkilişi, mətbəxin yerinin dəyişdirilməsi, tüstü bacaların işlək olmaması və vanna otaqlarında qapıların düzgün quraşdırılmaması kimi məsələləri əhatə edir".

İlkin Beybudov, həmçinin vurğulayıb ki, ölkə üzrə qeyri-standartlara cavab verən və ya istifadə müddəti bitmiş 6300-dən çox cihazın qazla təminatı dayandırılıb.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev texniki müayinələrin məhz abonentlərin təhlükəsizliyinə hesablandığını bildirib. Şöbə rəisi texniki müayinələrin cari ilin noyabr ayınadək aparılacağını və ölkə üzrə bütün abonentləri əhatə edəcəyini qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti