"Tüfeyli həyat keçirirdi, anasının təqaüdü ilə yaşayırdı" - Kürdəmirdəki qətllə bağlı yeni detal
AzVision.az qətlin təfərrüatlarını öyrənmək üçün Şıxımlı kənd bələdiyyəsinin sədri Əmrah Calalov ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, 43 yaşlı İlham subaydır və anası ilə birgə qalırmış.
"Əvəllər Rusiyada yaşayırdı, 5-6 il olar ki, yenidən Azərbaycana qayıdıb gəldi. Heç bir işlə məşğul olmurdu, anasının təqaüdü ilə dolanırdılar. Qadının 3 oğlu, bir qızı var. Digər iki oğlundan biri Bakıda, o biri isə elə kəndimizdə anası ilə qonşuluqda yaşayır.
İlhamdan belə bir əməl gözləmirdik, psixi sağlamlığı yerində idi. Nəsibə ilə davalarını eşitməmişdim. Hadisədən əvvəl qonşuluqda yaşayan qardaşı anasıgildə olub, ona mağazadan çörək alıb verib. Üstündən az müddət keçəndən sonra xəbər tutub ki, qardaşı qadını qətlə yetirib.
İlhamın bu hadisəyə qədər hansısa cinayət işi olmayıb. Qonşunun birini öz evlərinin həyətində, digərini isə "köhnə bazar" deyilən yolda bıçaqlayıb.
Əvvəllər həmin şəxslərlə normal münasibəti olub. Qətllə bağlı müxtəlif versiyalar səsləndirirlər. Yəqin ki, axmaq işlərə qarışıb və anasından pul istəyib. Bəlkə də içkili olub. Hərə bir versiya deyir".
Qeyd edək ki, Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: