Şirvanda 7 nəfərdən müxtəlif kalibrli ov silahları təhvil götürülüb

Şirvanda 7 nəfərdən müxtəlif kalibrli ov silahları təhvil götürülüb
  09 Fevral 2024    Oxunub:1030
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, aparılan tədbirlər nəticəsində 7 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti