Ombudsmanın əməkdaşları 1 saylı cəzaçəkmə müəssisəsində çatışmazlıqlar aşkarlayıb
Cərimə təcridxanasına baxış zamanı burada təmir işlərinin aparıldığı, lakin natəmizliyin mövcud olduğu, dərman vasitələrinn saxlanılması qaydalarına riayət edilmədiyi müşahidə edilib.
MPQ üzvləri tərəfindən 30-dan çox məhkum fərdi qaydada qəbul olunub. Məhkumlar müəssisədə müayinə və müalicə məsələləri ilə bağlı müəyyən çətinliklərin olduğunu bildiriblər. Bəzi məhkumların Ombudsmana yazılı müraciəti də qəbul olunub.
Başçəkmənin yekununda aşkar edilən çatışmazlıqlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.
AzVision.az
Teqlər: