İraq parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Azərbaycan və İraq xalqlarını bir-birinə bağlayan dəyərlərdən söz açan Milli Məclis sədrinin müavini ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O, qonaqlara Azərbaycanın qazandığı uğurlar, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, bu səbəbdən də bəzi siyasi dairələrin təzyiqinə məruz qaldığı barədə məlumat verib.
İraq parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Cabbar Əl-Çnani seçkilərin uğurla keçirilməsinə görə təbriklərini çatdırııb, seçki prosesinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu bildirib. O, Azərbaycan ilə İraq arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, müntəzəm təmasların, o cümlədən parlamentlərarası əlaqələrin intensivliyinin rolunu vurğulayıb.
Görüşdə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov, deputatlar Cavanşir Paşazadə və Əminə Ağazadə, İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Ressan Əl-Mamori prezident seçkilərinin beynəlxalq normalara uyğun və yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb, iki ölkə arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüblər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: