Xocavənddəki partlayışla bağlı araşdırma aparılır

   Xocavənddəki partlayışla bağlı araşdırma aparılır
  10 Fevral 2024    Oxunub:1137
Xocavənd rayonunun Çartar kəndi ərazisində bu gün səhər saatlarında arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.
AzVision.az



Teqlər:





Xəbər lenti