Həcc ziyarəti ilə bağlı təfərrüatlar açıqlanıb

   Həcc ziyarəti ilə bağlı təfərrüatlar açıqlanıb
  10 Fevral 2024    Oxunub:1955
2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün sənəd qəbulu barədə təfərrüatlar açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, həcc ziyarəti üçün sənədlərin qəbulu 12 fevraldan etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Bildirilir ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Ziyarət üçün tələb olunan sənədlər isə aşağıdakılardır:

1. Ümumvətəndaş pasportu;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

AzVision.az


Teqlər: həcc   ziyarət   sənəd   qəbul  





Xəbər lenti