MSK prezident seçkilərinin nəticələrinə dair protokolu təsdiqləyib - YENİLƏNİB

 MSK prezident seçkilərinin nəticələrinə dair protokolu təsdiqləyib -  YENİLƏNİB
  11 Fevral 2024    Oxunub:1353
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu məsələ MSK-nın bugünkü iclasının gündəliyində müzakirəyə çıxarılıb.
***
AzVision.az

AzVision.az xəbər verir ki, MSK prezident seçkilərinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

AzVision.az


Teqlər:





Xəbər lenti