Süni mayalanmada başqa şəxsin donorundan istifadə edən həkimi hansı cəza gözləyir?

   Süni mayalanmada  başqa şəxsin donorundan istifadə edən həkimi  hansı cəza gözləyir?
  12 Fevral 2024    Oxunub:580
Tanınmış vəkil Əkrəm Həsənov Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması haqda status yazıb. Vəkil Ali Məhkəmədə olan işdən sitat gətirərək bildirib ki, bu gün həkimlər qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verirlər. Yəni sonsuz olan kişinin həyat yoldaşının hamilə qalması üçün başqa şəxsin donorluğundan istifadə edilir və bu gizlədilir.
Bəs tərəflərin xəbəri olmadan başqa şəxsin donorluğa ilə suni mayalanma etdirmək nə dərəcədə düzgündür? Buna görə həkimi hansı cəza gözləyir?

Səhiyyə Nazirliyindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə əsasən sözügedən əmələ hüquqi qiymətin verilməsi hüquq mühafizə və məhkəmə orqanlarının səlahiyyətindədir.

"Əməlin sübuta yetiriləcəyi təqdirdə başlanılmış cinayət işi və ya inzibati xəta ilə əlaqədar işəgötürən tərəfindən Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırma tədbiri həyata keçirilir. Yekun məhkəmənin qərarı qanuni hüquqi qüvvəyə mindikdən sonra intizam məsuliyyəti məsələsi barədə müvafiq qərar verilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti