Məhv edilən erməni hərbçilərin sayı dördə çatdı - YENİLƏNİB

 Məhv edilən erməni hərbçilərin sayı dördə çatdı -  YENİLƏNİB
  13 Fevral 2024    Oxunub:1916
Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, daha bir hərbçi yaralanıb, həyatı təhlükəsi yoxdur.

***

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda yaralıların olduğu da bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti