“Tək bir atəş səsi eşitdim, həmin an huşumu itirdim” - Yaralı hərbçimiz |
Onun sözlərinə görə, xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub.
“Xəstə daxil olarkən vəziyyəti ağır idi, güllənin onurğa kanalının yan elementlərini zədələməsi nəticəsində xəstənin yuxarı ətrafında hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Xəstəyə cərrahi əməliyyat aparıldı və əməliyyatdan sonra güllə çıxarıldı, hazırda vəziyyəti kafidir, müalicəsi davam etdirilir.
Xəstə ilə bağlı proqnozumuz yaxşıdır. Xəstənin bədənindən çıxardığımız yad metal cisim, yəni güllə təqdim etdiyimiz hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsidir”.”, - Elçin İbrahimov vurğulayıb.
AzVision.az