Ağır qəzada yaralanan məktəblinin vəziyyəti stabildir - KTM

   Ağır qəzada yaralanan məktəblinin vəziyyəti stabildir -    KTM
  13 Fevral 2024    Oxunub:1155
Zaqatala Göyəm kəndində ağır qəzada yaralanan məktəbli, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə Reanimasiya şöbəsindən palataya köçürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O, şagirdin vəziyyətinin stabil olduğunu bildirib.

Qeyd edək ki, fevralın 8-i rayonun Göyəm kəndində İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan “Mercedes” markalı minik avtomobili ilə üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, Zaqataladan KTM-ə təxliyə olunub.

Hadisə ilə bağlı cinayət işi başlanıb, sürücü saxlanılıb. İstintaq orqanının vəsatəti, rayon prokurorunun təqdimatı məhkəmə tərəfindən təmin olunaraq şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti