"Tiktoker" Adəmin atası barədə tədbir görüldü - VİDEO

 "Tiktoker" Adəmin atası barədə tədbir görüldü -  VİDEO
  13 Fevral 2024    Oxunub:2128
Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyevin oğlu Adəmlə "Tik-Tok"da canlı yayıma çıxması və videolar paylaşması barədə tədbir görülüb.
Tiktoker Adəmin atası: "Canlı yayımda qazandığımız 40-50 manatla dolanırıq "
AzVision.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

"Sosial şəbəkələrdə uşaqlarla bağlı aparılan təhlillər göstərir, tək valideynlər yox, cəmiyyətin bütün üzvləri uşaqlarla əlaqəli xəbərlərə həsasslıq nümayiş etdirir. Bu məsələlərdə də polisə köməyini əsirgəmirlər. Qürur doğuran faktdır".

E.Hacıyev qeyd edib ki, Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin "Tik-Tok" sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. Övladının təlim-tərbiyyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyin barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib".

Qeyd edək ki, 9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb.



Aytən Zəhra
AzVision.az


Teqlər:   Tik-Tok  





Xəbər lenti