"Sülhməramlıların qalma müddəti 2025-ci ildə yekunlaşır" - Ayxan Hacızadə
“Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb.
Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsi zamanı, Rusiyanın sülhməramlı kontingenti bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılma mərhələsində olduğunu bildirib.
AzVision.az
Teqlər: