“Azəriqaz”ın əməkdaşının barmağını sındırdı
Onlar mənzilə ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə daxil olsa da, vətəndaşın oğlu əməkdaşlara qarşı aqressiv davranış sərgiləyib və fiziki gücdən istifadə edib. Nəticədə A.Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı hadisə yerindən həm təcili tibbi yardım xidmətinə, həm də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verilib. Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi polis bölməsinə aparıb. Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək.
Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılan əməkdaşa sağ ayaq barmağının qırılması diaqnozu qoyulub. Ayağına gips qoyulan A.Aslanov stasionar müalicə üçün evə buraxılıb.
AzVision.az
Teqlər: