"Allah bu uşaqla sanki, oğlumu geri qaytardı"- Şəhid Amalın atası
Yeni doğulan oğluma Amalın adını verəcəyik ki, qardaşının xatirəsini yaşatsın. Allahın qismətidir. Bu uşaqdan Amalın iyisini alacağam. Bizə tanrının hədiyyəsidir.
Bundan əvvəl isə komandiri Amalın adını oğluna qoymuşdu. Dedi, özünü qoruya bilmədik, heç olmasa övladım onun adını yaşatsın. Mən də icazə verdim.
Allah mənim də göyə uzanan əllərimi boş qaytarmadı. Ailəmizi sevindirdi, sanki oğlumu yenidən geri qaytardı. Anası da çox xoşbəxtdir. Allah bütün şəhid ailələrini sevindirsin”.
S. Alışanov bildirib ki, özü və həyat yoldaşı Şirvanda məktəbdə texniki işçi kimi çalışırlar.
“Oğlum Kamal isə təzəlikcə işə düzəlib. Nazirimiz Kamaləddin Heydərov qəbul keçirəndə yanına getdim, gözümün ağı-qarası olan övladımı işlə təmin etdilər”.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Amal Alışanlı Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Yardımlı rayon Qabaqdibi kənd qəbiristanlığında dəfn edilib.
O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: