Əri və oğlu ilə qətlə yetirilən qadın məktəb direktoru olub - YENİLƏNİB

   Əri və oğlu ilə qətlə yetirilən qadın məktəb direktoru olub -    YENİLƏNİB
  13 Fevral 2024    Oxunub:2156
Bu gün Bakıda dəhşətli qətl törədilib. Bir ailənin 3 üzvü öldürülüb.
AzVision.az xəbər verir ki, saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Qətlə yetirilən qadının məktəb direktoru olduğu məlum olub. Belə ki, Pikə Əhmədova Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışırmış. Həmin məktəb Xətai rayonu ərazisində yerləşir.

İlkin məlumata əsasən, Ə. Əhmədov soyuq silah kimi baltadan istifadə edib

****
Xətai rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Pikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

****
Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Baş ProkurorluqdanAzVision.az-a verilən məlumata görə, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Xətai rayon prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda ibtidai istintaq davam edir.


AzVision.az


Teqlər:





Xəbər lenti