Əhməd 15 yaşında da adam bıçaqlayıbmış - Video
O bildirib ki, Əhməd 15 yaşında da adam bıçaqlayıbmış: "Dəfələrlə anasına dedik ki, xəstəxanaya yerləşdirin, bacım qoymadı, dedilər, ayıbdır, anası məktəb direkorudur. O biri bacımoğlu ötən həftə bizdə idi, dedi:" Əhməd onsuz da bizim axırımıza çıxacaq". Dərman verib sakitləşdirirdilər.
Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb. O da uşaqla birlikdə evə gəlib. Onları da baltalayıb. Hadisə olandan sonra qohumlar qızına zəng ediblər, ancaq o, telefonu açmayıb. Evin qapısını qırıblar və məlum olub ki, Elmira və beş yaşlı qızını da baltalayıb. Atası Əhmədə maşın və ayrıca ev almışdı".
Qeyd edək ki, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətininin digər məlumatına görə, Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirib.
Qətlə yetirilən Pikə Əhmədovanın məktəb direktoru olduğu məlum olub. O, Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışırmış. Həmin məktəb Xətai rayonu ərazisində yerləşir.
İlkin məlumata əsasən, Ə. Əhmədov soyuq silah kimi baltadan istifadə edib
Şahanə Rəhimli
AzVision.az
Teqlər: