Ana və azyaşlı qızının nəşi mənzildən çıxarılıb təhvil verildi - Video

   Ana və azyaşlı qızının nəşi mənzildən çıxarılıb təhvil verildi -    Video
  13 Fevral 2024    Oxunub:1324
Bu gün Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov atasını, anasını, qardaşını, bacısını və onun azyaşlı övladını amansızlıqla qətlə yetirib.
Oğlu tərəfindən qətlə yetirilən 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızı 59 saylı tam orta məktəbin direktoru olub.

Atası Mehman Əhmədov sabiq məmur idi, 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub. Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Bacısı 1997-ci il təvəllüdlü Elmira Əhmədova isə ailəli olub. Onun əri işlə əlaqədar Rusiyada yaşayıb.

Hadisə yerinə ilkin baxış yekunlaşıb. Prokurorluq əməkdaşları tərəfindən dəlil və sübutlar toplanıb. Ana və azyaşlı qızının nəşləri aidiyyəti üzrə təhvil verilib.



AzVision.az


Teqlər:





Xəbər lenti