Evdən meyitləri tapılan ər-arvad dəm qazından boğulub

 Evdən meyitləri tapılan ər-arvad dəm qazından boğulub
  13 Fevral 2024    Oxunub:1636
Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüat məlum olub.
Məlumata görə, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.

Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .

Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.(APA)
AzVision.az


Teqlər:





Xəbər lenti