Flora Qasımova: “Kərkicahanda əski əlifbayla yazılmış məzarlar vardı, yerində bağça tikdilər”
“Yollar palçıq olduğundan nə Kərkicahanın, nə də Xankəndinin qəbiristanlığına gedə bildik... Əvvəl camaatdan gedənlər olub, deyirlər ki, məzarların çoxunu ermənilər dağıdıblar, hətta deyilənə görə, elə qəbir var ki, içindəki azərbaycanlının cəsədini çıxararaq kənara atıb, yerində erməni basdırıblar.
...Hələlik kimsəsiz, əsl sakinlərini - azərbaycanlıları gözləyən Kərkicahan küçələrini gəzərkən Tavad müəlliməni xatırladım. Bizim ibtidai sinif müəllimi olmuşdu. Onun oğlunun evini öz gözümlə gördüm, dağıdıblar, divarları qalıb. Yadımdadır ki, o evdən bir az aşağıda, əski əlifba ilə yazılmış qəbir daşları vardı. Sonralardan anladıq ki, sən demə, həmin məzarlıq, bəlkə də, Pənahəli xanın dövründən qalıbmış. Amma sovet dövründə, təxminən 1960-cı illərdə, mən hələ orta məktəbdə oxuyanda həmin qəbiristanlığı buldozerlə dağıdıb yerində uşaq bağçası tikdilər. Heç kəs də fikir vermədi... Çox təəssüf...
Bilirsiniz, sovet dövründə bizi qondarma “beynəlmiləlçilik” ideologiyası ilə tərbiyə edir, keçmişimizdən doğru-dürüst danışmır, tariximizi öyrətmirdilər... Elə başımıza gətirilən faciələrin kökündə bu dayanır”, - deyə sabiq deputat təəssüf hissi ilə bildirib.
AzVision.az
Teqlər: