İş yerində ölən mühafizəçi ilə bağlı cinayət işi məhkəməyə göndərilib
İstintaqla Türkiyə Respublikası vətəndaşı Bilgi Atıf Niyazi oğlunun “Humix” MMC-nin Sabirabad rayonu ərazisində yerləşən müəssisəsində texnoloq-qablaşdırma vəzifəsində işləyərkən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan həmin müəssisədə mühafizəçi işləmiş Nurlan Cəbrayılovun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən Bilgi Atıf Niyazi oğlu Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sabirabad rayon məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər: