İlham Əliyevdən Ermənistanın havadarlarına mesaj: Gedin, öz işinizlə məşğul olun

    İlham Əliyevdən Ermənistanın havadarlarına mesaj:    Gedin, öz işinizlə məşğul olun
  14 Fevral 2024    Oxunub:1043
Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib.
AzVision.az xəbər verir ki, Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib:

“Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik”.

AzVision.az



Teqlər:





Xəbər lenti