“Diplomatlar danışarkən vəziyyəti sakit saxlamağın vacib olduğunu bilirik”

   “Diplomatlar danışarkən vəziyyəti sakit saxlamağın vacib olduğunu bilirik”
  15 Fevral 2024    Oxunub:1008
“Azərbaycan bu atəşkəs rejiminə çox sadiq idi, çünki biz hal-hazırda sülh sazişinin mətninin razılaşdırılması üzərində çalışırıq, və diplomatlar danışarkən vəziyyəti sakit saxlamağın nə qədər vacib olduğunu bilirik”.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal”a açıqlamasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində baş verən son hadisəyə münasibət bildirərkən deyib.

“Ümid edirik ki, bu hadisədən sonra daha çox toqquşmalar olmayacaq. Azərbaycan dəfələrlə sülh prosesinin mövcudluğunu qoruyub saxlamağa tam sadiq olduğunu bəyan edib. Biz Ermənistan tərəfi ilə iki ölkə arasında danışıqların predmeti olan sülh sazişi layihəsinə dair təkliflər mübadiləsini davam etdiririk”, - deyə o əlavə edib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti