Ötən il büdcəyə əlavə 1,1 milyard manat vergi daxil olub

   Ötən il büdcəyə əlavə 1,1 milyard manat vergi daxil olub
  15 Fevral 2024    Oxunub:976
2023-cü il Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxil olub.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

O bildirib ki, ötən il həm də nəzərdə tutulandan əlavə 1,1 mlrd. manat vergi daxilolması təmin edilib: "Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən etibarən təkcə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım qeydə alınıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti