Nazir: "Özəl sektorda işçi sayı dövlət sektorunu üstələyib"

      Nazir:    "Özəl sektorda işçi sayı dövlət sektorunu üstələyib"
  15 Fevral 2024    Oxunub:1116
2023-cü ildə Azərbaycanda özəl və qeyri-neft sektorunda çalışan işçilərin sayı dövlət və neft sektorunda çalışan işçilərin sayını üstələyib.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" adlı Forumda bildirib.

"2019-cu ildə biz təşviq əsaslı vergi siyasətinin icrasına başlayanda 850 mindən çox muzdlu işçi dövlət müəssisələrində çalışırdı. 5 il ərzində aparılan uğurlu işlər nəticəsində özəl sektorda çalışan işçilərin sayı dövlət sektorunda çalışan işçilərin sayını üstələyib. Bu illər ərzində vergi işçiləri öz vəzifələrinin icrasına daha yüksək standartla yanaşıb", - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti