“Ermənistanın Fransadan silahlar alması təhlükəli addımdır”

   “Ermənistanın Fransadan silahlar alması təhlükəli addımdır”
  15 Fevral 2024    Oxunub:1124
“Ermənistanın yeni öldürücü və hücum xarakterli silahlar almaq üçün getdikcə daha çox müqavilələr imzalamağa çalışması onların Azərbaycanla məsələni sülh yolu ilə həll etmək istəyi kimi bəyan etdikləri fikirlər ilə heç də uzlaşmır”.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal” a açıqlamasında deyib. Onun sözlərinə görə, İrəvanın dünyanın bir çox ölkələrindən, o cümlədən Aİ-nin aparıcı üzv ölkələrindən biri olan Fransadan öldürücü silahların alınması, yanlış istiqamətdə atılmış təhlükəli bir addımdır:

“Çünki bu, əsasən, həm Ermənistanı, həm də Azərbaycanı gərəksiz və təhlükəli silah yarışına sövq edir və sülh perspektivləri çox çətin bir vəziyyətə salır. Bizim Aİ-dən, avropalı tərəfdaşlardan və xalqlardan gözlədiyimiz bu deyil. Biz əks istiqamətdə hərəkət etmək istəyirik. Bu isə, geridə qalan problemlərin hər hansı hərbi həll yollarını unutmaq, və yenidən dinc, mənalı və nəticəyə yönəlmiş fəaliyyətlərlə məşğul olmaqdır.

Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarının bu "fəlsəfəsinə" əhəmiyyət verməsə, mən bunu yalnız qismən sizə göstərmişəm, çünki başqa addımlar da var, onların səmimiliyinə inanmaq bizim üçün çətin olacaq. Çünki siz bir tərəfdən həm sülh haqqında danışa, sonra qonşu ölkəyə olan iddialarınızla bağlı bəzi hüquqi məsələləri həll etməyə cəhd edə və eyni zamanda hərbi potensialınızı gücləndirə bilməzsiniz”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti