Vergi sistemi ilə bağlı yeni strategiya hazırlanıb

   Vergi sistemi ilə bağlı yeni strategiya hazırlanıb
  15 Fevral 2024    Oxunub:1031
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə strategiyası hazırlanıb.
AzVision.az xəbər verir ki, bunu qurumun rəisi Orxan Nəzərli Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" adlı forumda deyib.

"Strategiyada büdcə gəlirlərinin təmin edilməsi, vergidən yayınmanın və qanunsuz vergi üstünlüyünün qarşısının alınması əsas missiya olaraq müəyyənləşib. Eyni zamanda etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminun qurulması hədəflənib. Sözügedən illər üzrə 5 strateji istiqamət müəyyənləşdirilib. Bunlar, könüllü əməletmənin təşviqi, vergidən yayınma ilə mübarizə, təşkilatın istitusional inkişafı və insan kapitalı, beynəlxalq əməkdaşlıq və mütərəqqi yeniliklərin tətbiqi və dövlət qurumları ilə birgə iş istiqamətləridir", - deyə o, qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti