Qeyri-sabit hava fevralın 18-dək davam edəcək
Gülşad Məmmədova bildirib ki, fevral ayının ilk ongünlüyündə ölkəyə daxil olan cənub istiqamətli axınların təsiri nəticəsində ölkə ərazisində qış fəslinə xas olmayan mülayim, yağmursuz və isti hava şəraiti müşahidə olunsa da, fevralın 15-dən şimaldan daxil olan soyuq hava kütlələrinın təsiri ilə havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, arabir küləkli, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Sinoptiklərə əsasən, fevralın 15-dən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib. Artıq Naxçıvan Muxtar Respublikasında, Zaqatalada yağış, Şahdağda isə qar yağır. Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 18-dək davam edəcək.
AzVision.az
Teqlər: