Fevralda havanın isti olmasının səbəbi nədir? - AÇIQLAMA
"Fevral ayının ilk ongünlüyündə ölkə ərazisində müşahidə olunan mülayim hava qışdan çox yaz fəslini xatırlatdı. Belə ki, mülayim cənub istiqamətli küləklərin fonunda havanın temperaturu iqlim normasından 2-14 dərəcə yüksək olub.
Çoxillik meteoroloji müşahidə məlumatları və təhlillər göstərir ki, ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti müşahidə olunub. Bakıda və Abşeron yarımadasında 2023-ci ilin eyni dövründə havanın temperaturunun 21 dərəcəyə, 2021-ci ildə 22 dərəcəyə, 2020-ci ildə isə 25 dərəcəyədək yüksəldiyi qeydə alınıb."
AzVision.az
Teqlər: