Bakıda Avropa Film Festivalı başlayır
AzVision.az xəbər verir ki, görüşdə 2014-cü ilin oktyabr ayının ikinci ongünlüyündə Park Cinemada baş tutacaq 5-ci Avropa Film Festivalına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Avropa İttifaqının nümayəndəsi Toralf Pilts Azərbaycanın paytaxtında keçirilməsi artıq ənənə halını almış Avropa Film Festivalının ölkənin mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildiyini qeyd edib. “Avropa Film Festivalının Park Cinema kinoteatrlar şəbəkəsi ilə birgə əməkdaşlıq şəraitində keçirilməyə başlandıqdan sonra festival çərçivəsində nümayiş olunan filmləri daha çox insan izləməyə başlayıb.
Festivalda nümayiş olunan ayrı-ayrı Avropa ölkələrinin istehsalı olan filmlərin ideyası, onların qəhrəmanlarının davranışı Azərbaycan tamaşaçılarına Avropa xalqlarını daha yaxından tanımağa imkan verir və nəticədə xalqlar arasında mədəni inteqrasiya güclənir”, - deyə T.Pilts bildirib. O Park Cinema ilə birgə əməkdaşlıq nəticəsində Avropa Film Festivalının sanbalının daha da artdığını, onun Azərbaycanla yanaşı beynəlxalq miqyasda da mötəbər kino hadisəsinə çevrildiyini vurğulayıb.
Teqlər: