"Pandemiyada 1,8 milyondan çox uşaq qızılca peyvəndindən kənarda qalıb" - ÜST
"COVID-19 pandemiyası bu dövrdə immunizasiya sisteminin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərdi və nəticə olaraq peyvənd olunmamış və yarımçıq peyvənd olunmuş uşaqların sayı artdı. Ümumilikdə, regionda 1,8 milyondan çox körpə 2020-2022-ci illər arasında qızılca peyvəndini qaçırmış oldu.
Qızılca 5 yaşdan kiçik uşaqlar üçün xüsusilə təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı), daimi karlıq və ölümlə nəticələnə bilər. Qızılcadan qorunmaq üçün ən effektiv yol peyvənd olunmaqdır. QPM və ya QM peyvəndinin 2 dozası bu xəstəlikdən 97% qoruyur. Əgər uşağa qızılcaya qarşı QPM peyvəndi vaxtında vurdurulmayıbsa, gecikmədən uşağı tibb müəssisəsinə aparıb peyvənd etdirmək lazımdır. Qızılca peyvəndi 60 ildir ki, istifadə edilir. Peyvənd yüksək dərəcədə effektiv və tamamilə təhlükəsizdir. Unutmaq lazım deyil ki, virus peyvənd olunmamış və ya qismən peyvənd olunmuş insanlar vasitəsi ilə yayılır və infeksiyaya elə bu insanlar yoluxur.
ÜST qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasının qarşısının alınması üçün uşaqları vaxtında və profilaktik peyvənd təqviminə uyğun peyvənd etdirməyi tövsiyə edir".
Aytən Zəhra
AzVision.az
Teqlər: