TƏBİB 14 yaşlı məktəblinin qızılcadan ölməsini təsdiqlədi
Qeyd edək ki, azyaşlıda 03.02.2024-cü il tarixindən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb. Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub.
Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib.
Pasiyentin 13.02.2024-cü il tarixində vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib.
Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasiyon tədbirlər nəticə verməyib.
Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmamazlığı və kəskin böyrək çatışmamazlığı olaraq qeyd olunur.
Aytən Zəhra
AzVision.az
Teqlər: