Dünya ölkələrinin borc səviyyəsi ən yüksək həddə çatıb

   Dünya ölkələrinin borc səviyyəsi ən yüksək həddə çatıb
  15 Fevral 2024    Oxunub:1233
"Dünyanın bir çox ölkələrində dövlət borcunun səviyyəsi son 50 ildə ən yüksək həddə çatıb". Bunu Beynəlxalq Valyuta Fondunun Tədqiqat Departamentinin direktor müavini Antonio Spilimberqo Dünya Bankının konfransında deyib.
Onun fikrincə, sosial xərclər borc böhranının həlli üçün əsas olmalıdır. Spilimberqo qeyd edib ki, yoxsul əhali demoqrafik, texnoloji, iqlim və fiskal problemlərlə üzləşir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti