Bu il Gəncədə yeni sənaye parkı yaradılacaq

   Bu il Gəncədə yeni sənaye parkı yaradılacaq
  16 Fevral 2024    Oxunub:968
Bu il Gəncə şəhərində daha bir sənaye parkının yaradılması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkının yerləşəcəyi ərazinin, prioritet istiqamətlərinin və s. məsələlərin dəqiqləşdirilməsi istiqamətində işlər görülür.

"Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi metallurgiya klasterinin yaradılması, avtomobil sənayesinin daha da inkişafı ilə lokalizasiyanın artırılması, tikinti materialları sənayesinin (kərpic, keramika, çınqıl və qum, üzlük daşı və s.), yüngül sənayenin (o cümlədən, xalça, gön-dəri, toxuculuq və s.), qida sənayesinin (meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, quşçuluq, süd və ət məhsulları, qurudulmuş və dondurulmuş meyvə, günəbaxan yağı istehsalı və s.), yeni logistika və ticarət mərkəzlərinin yaradılması və s. sahələrin müəyyənləşdirilməsi nəzərdə tutulur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti