Evi yararsız hala düşən ailə üçün çadır qurdular - VİDEO

Evi yararsız hala düşən ailə üçün çadır qurdular -    VİDEO
  16 Fevral 2024    Oxunub:867
Fövqəladə Hallar Nazirliyinə Yevlax rayonu, Hacıselli kənd sakini Qurbanov İlqar Kazım oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Hacıselli kənd sakini İ.Qurbanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.



AzVision.az



Teqlər:





Xəbər lenti