Məktəbli forması uşaqların sağlamlığına zərər verə bilər

   Məktəbli forması uşaqların sağlamlığına zərər verə bilər
  17 Fevral 2024    Oxunub:1221
Vahid məktəbli forması uşaqların, xüsusən də qızların hərəkətliliyini poza bilər.
Bunu “Journal of Sport and Health Science” (JSHS) jurnalında dərc olunan araşdırma göstərib. Araşdırma müəllifləri 135 ölkədən 5-17 yaş arası bir milyondan çox məktəblinin məlumatlarını təhlil ediblər.

Məlum olub ki, əksər məktəblərin forma tələb etdiyi ölkələrdə daha az uşaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi gündə 60 dəqiqə fiziki fəaliyyətlə məşğul olur.

Məktəb forması qaydalarından asılı olmayaraq, əksər ölkələrdə qızların ÜST-nin tövsiyə etdiyi fiziki fəaliyyət səviyyələrinə nail olmaq ehtimalı oğlanlara nisbətən daha azdır. Belə ki, uşaqlar üçün oyun hərəkətliliyin vacib komponentidir. Qızların ətək və ya don geyindikləri təqdirdə aktiv oyunda iştirak etmək ehtimalı daha azdır.

Müəlliflər qeyd ediblər ki, onların işi məktəbli formasının uşaqların fiziki fəaliyyətini məhdudlaşdırdığını sübut etmir. Bununla belə, geyim formasının uşaqların sağlamlığına təsirini qiymətləndirmək və zəruri hallarda onun dizaynını dəyişdirmək üçün daha çox araşdırmaya ehtiyac var.


AzVision.az


Teqlər:





Xəbər lenti