Türkiyə Rusiyadan buğda alışını artırıb

   Türkiyə Rusiyadan buğda alışını artırıb
  17 Fevral 2024    Oxunub:1554
Türkiyə Rusiyadan buğda idxalını rekord həddə - 9 milyon tona çatdırıb.
Bu barədə RİA Novosti xəbər verib. Türkiyə 2022-ci ildə Rusiya, Ukrayna, Argentina, Braziliya, Bolqarıstan, Qazaxıstan və Latviya da daxil olmaqla 30 ölkədən buğda alıb. Ümumilikdə 8,9 milyon ton idxal edilib.

Lakin 2023-cü ildə Argentina, Braziliya, Kipr, Çexiya, Misir, Gürcüstan, İran, İsrail və Latviya Türkiyəyə tədarükünü dayandırıb. Meksika və Livan isə tədarükü demək olar ki, sıfıra endirib.

Bu vəziyyət fonunda Türkiyə Rusiyadan 1,4 dəfə çox - 2,7 milyard dollara 9 milyon ton taxıl alıb. Həmçinin Ukraynadan tədarüklər 21% artaraq 2,5 milyon tona, Qazaxıstandan 2,3 dəfə 140 min tona, Moldovadan 1,8 dəfə artaraq 120 min tona, Suriyadan isə 1,6 dəfə artıb - 45 min ton.

Bundan əlavə, Bosniya və Herseqovina Türkiyəyə buğda tədarük etməyə başlayıb, ancaq 3,4 min ton həcmində.

AzVision.az


Teqlər:





Xəbər lenti