"Həcc ziyarətlərimin sayını itirmişəm" - Hacı Qalib bu il də gedəcək?

   "Həcc ziyarətlərimin sayını itirmişəm" -  Hacı Qalib bu il də gedəcək?
  16 Fevral 2024    Oxunub:1342
"Sentyabr və ya oktyabr ayında Ümrəyə-kiçik Həcc ziyarətinə gedəcəm. İyun ayında baş tutacaq Həcc ziyarətinə isə yaşla və səhhətimlə əlaqədar getməyəcəm".
Bunu AzVision.az -a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadə deyib. O qeyd edib ki, Ümrə ziyarətindən 2 ay bundan öncə gəlib:

"1990-cı ildən başlayaraq hər il Həcc ziyarətinə getmişəm. Elə olub ki, bir günə Kəbəni ziyarət etmişəm. İki dəfə də Kəbə evinin içərisində olmuşam. Kəbə evinin qapısının açarını saxlayan şəxs məni ora qonaq dəvət edib. Həcc ziyarətlərinin artıq sayını itirmişəm. Həcc ziyarətinə getməsəm də, Ümrə ziyarətlərinə davam edəcəm və bu il də sentyabr və ya oktyabr ayında ora getməyi düşünürəm.

Ümumiyyətlə, hər bir müsəlman ömründə bir dəfə Həcc ziyarətini vacib bilib getməlidir. Mənim 50-100 dəfə orada olmağım heç nəyi dəyişmir. Bir dəfə gedib, bütün əməlləri edən şəxs hacıdır", -deyə Hacı Qalib əlavə edib.

Qeyd edək ki, 2024-cü ildə Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb . Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Həcc ziyarətini iyunun əvvəlində başlanılması nəzərdə tutulur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti