Azərbaycan Omanla ikiqat vergitutmanı aradan qaldırır

Azərbaycan Omanla ikiqat vergitutmanı aradan qaldırır
  16 Fevral 2024    Oxunub:1056
Omanın paytaxtı Məsqətdə “Azərbaycan Respublikası Hökuməti və Oman Sultanlığı Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqlar keçirilib.
Bu barədə AzVision.az -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, danışıqlar prosesində qurumun ekspertləri, Maliyyə Nazirliyinin nümayəndəsi və Omanın Vergi İdarəsinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələrdə Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbən rəisi Elkin Məmmədov Sazişin iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaradacağını, məlumat mübadiləs və vergi borclarının yığılmasında effektiv alətlərin formalaşması, eləcə də qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı əksər müddəaları üzrə razılıq əldə olunub. Açıq qalan digər maddələrin növbəti danışıqlar zamanı razılaşdırılması istiqamətində işlərin aparılacağı vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti