“ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”i robotik kodlama düşərgəsi təşkil edir
Düşərgənin onlayn formatda keçirilən açılış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “SAHA Robotics” şirkətinin direktoru Murat Ayrancı və digər qonaqlar iştirak ediblər.
Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.
Düşərgədə 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfər iştirakçı müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcək, yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyeralarını genişləndirmək imkanı qazanacaqlar.
Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanan əməkdaşlıq Memorandumuna əsasən təşkil olunub. Memorandumun məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsi, innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanmasıdır.
AzVision.az
Teqlər: