Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

 Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub
  16 Fevral 2024    Oxunub:1097
Türkiyə vətəndaşı Fatih Akdağ Azərbaycandan Qazaxıstana ekstradisiya olunub.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilən, Türkiyə vətəndaşı, F.Akdağın verilməsinə dair Qazaxıstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

F.Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti