ADRA-nın ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - FOTOLAR

ADRA-nın ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib    - FOTOLAR
  13 Fevral 2024    Oxunub:565
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
ADRA İdarə Heyətinin sədri Aydın İbadovun sədrliyi ilə keçirilən iclasda Ərazi Reklam İdarələrinin rəhbərləri iştirak ediblər. ADRA-nın İdarə Heyətinin sədri iclası açaraq, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar 2023-cü ildə rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən danışıb. O, “Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsinin, rəqəmli bilbordlarda və monitorlarda Ümumilli Liderin həyatının ayrı-ayrı hissələrindən olan görüntü və fotoların yayımının həyata keçirildiyini vurğulayıb. Agentliyin Ərazi Reklam İdarələrində “Heydər Əliyev İli” çərçivəsində müxtəlif seminar, konfrans, abadlıq işləri və agacəkmə aksiyalarının reallaşdırıldığı qeyd edilib. Aydın İbadov deyib ki, ADRA- nın Ulu öndərin 100 illiyinə həsr olunmuş 2023-cü ili ən yüksək nəticələrlə başa vurması həm vəzifə, həm də vətəndaşlıq borcu olub.
İdarə Heyətinin sədri Ümummilli liderin layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, ardıcıl və müdrik
siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin və
bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə
çatdırıb. O qeyd edib ki, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan
Respublikasının Konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub.
Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.
İclasda Agentliyin öz fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara
dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək
yönündəki tapşırıqlarına uyğun olaraq davam etdirdiyi qeyd olunub. Sonra Ərazi
Reklam İdarələri rəhbərlərinin açıq məkanda reklamlar sahəsində regionlar üzrə
görülən işlərin cari vəziyyəti barədə hesabatları dinlənilib, növbəti aylarda
görüləcək işlərdən danışılıb. Gələcək hədəflərə toxunularaq, açıq məkanda
reklamlarla bağlı innovativ həll üsullarının tətbiqinin prioritet təşkil edəcəyi xüsusi vurğulanıb.
AzVision.az

Qalereya




Teqlər: ADRA  





Xəbər lenti