Nazir: "Münhen konfransı iqlim təşəbbüslərini müzakirə etməyə imkan verir"
“Ötən həftə biz başqa bir qrup ölkə ilə danışıqlar aparmaq üçün BƏƏ-də olduq. Gələn həftə Keniyaya, Nayrobiyə səfər etməyi, Afrika və regionun digər ölkələrindən hansı təşəbbüslərin irəli sürüləcəyi ilə bağlı müzakirələrdə yenidən iştirak etməyi planlaşdırırıq. Hələ bütün təklifləri dinləyirik”, - deyə o qeyd edib.
COP29 prezidenti vurğulayıb ki, bu təşəbbüs düzgün qərarlar qəbul etməyə imkan verəcək: “Lakin bunun üçün bütün maraqlı tərəflərin dəstəyinə ehtiyacımız var”.
Xatırladaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
AzVision.az
Teqlər: