Cavanşir Quliyevin vəziyyəti açıqlanıb

   Cavanşir Quliyevin vəziyyəti açıqlanıb
  17 Fevral 2024    Oxunub:1665
Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.
AzVision.az "Report"a istinadən bildirir ki, bu barədə İstanbulda yerləşən şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.

O deyib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadəm xəstəxanasında intensiv şəraitdən stasionar müalicəyə köçürülüb:

"Reanimasiyadan palataya gətirlib. Bir neçə dəfə əməliyyat olunub, həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər".

Fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, Ətfal Araşdırma Xəstəxanasına, sonra isə Acıbadəm Xəstəxanasına aparılıb.

Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

AzVision.az


Teqlər: bəstəkar   Cavanşir-Quliyev   əməliyyat  





Xəbər lenti